Rusiya prezidenti həyatının ən çətin məqamlarından söz açıb
Tarix: 20-04-2015, 16:59 | Çap et
Rusiya prezidenti həyatının ən çətin məqamlarından söz açıb
Rusiya prezidenti Vladimir Putin Beslanda və Dubrovkadakı teatr mərkəzində baş vermiş terror hadisələrini hakimiyyətinin ən ağır anları sayır.

ANS PRESS -in məlumatına görə, bu barədə o, Vladimir Solovyevin çəkdiyi filmdə bildirib. Aprelin 26-da efirlərə çıxacaq filmdə o deyib: “Bunlar, əlbəttə, dəhşətli terror hadisələridir. Bu, Beslan və Dubrovkadakı mərkəzdir”, - deyə Vladimir Putin vurğulayıb.

“Aydın idi ki, məsuliyət böyükdür. Mən özüm üçün qərara aldım ki, başqa seçimim yoxdur. Axıra kimi getməliyəm”, - deyə prezident bildirib.

1 sentyabr 2004-cü ildə Ruslan Xaçbarovun rəhbərlik etdiyi 30 nəfərlik dəstə Osetiyanın Beslan şəhərinə hücum edərək 1 min 128 min adamı girov götürüb. Girovlar üç gün ərzində ac və susuz idman zalında saxlanmışdı. Hadisə zamanı 335 nəfər ölmüşdü, onlardan 318-i girov olub. Girovlardan 186-sı uşaq olub. 810 nəfər isə yaralanmışdı.

Movsar Barayevin başçılıq etdiyi silahlı qruplaşması 23-26 oktyabr 2002-ci ildə Moskvada “Nord-Ost” müzikli gedən mədəniyyət evinə hücum etmişdi. Terrorçular 900 nəfəri girov götürüb. Hadisə zamanı 130 nəfər girov dünyasını dəyişib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net