Polşalı "plagiat" Bakıda nə axtarırdı?
Tarix: 20-04-2015, 16:43 | Çap et
Polşalı "plagiat" Bakıda nə axtarırdı?
Polşanın Plagiat.pl şirkətinin prezidenti Sebastyan Kavçinski ötən həftə Bakıya gəlib və ali məktəb rəhbərləri ilə görüşlər keçirib. Onun şirkəti texnoloji və təşkilati dəstək verir. Nəticədə təhsilin səviyyəsi yüksəlir, əqli mülkiyyət qorunur.

«Şirkət 2002-ci ildən plagiatın qarşısını almaqda tələbə və müəllimlərə kömək edir. Onun akademik institutların, məktəblərin, nəşriyyatların və saytların əqli mülkiyyətinin qorunması üçün antiplagiat sistemi və başqa vasitələri var. StrikePlagiarism.com-un interfeysti Azərbaycan dilində də əlçatandır, deyə Sebastyan Kavçinski Turan-a bildirib.

Hazırda Sistem Milli Antiplagiat Sisteminə çevrilib, məqsədi milli səviyyədə əqli mülkiyyətinin qorunmasıdır. Plagiat.pl-in xidmətindən Almaniya, Rumıniya, Polşa, Qazaxıstanda 200-dən çox təşkilat istifadə edir.

Mətnin orijinal və ya köçürmə olduğunu müəyyən etmək üçün o, platformaya yüklənir və 24 saata bir çox parametrlər üzrə (plagiatın faiz dərəcəsi, mənbələr və s.) cavab alınır. Ona görə sistemdən istifadədən sonra bir sıra ali məktəblərdə təhsil səviyyəsi yüksəlib.

Şirkətə Polşa Akkreditasiya Komitəsi və Elm və Ali Təhsil Nazirliyi dəstək verir.

Qeyd edək ki, aprelin 19-da Plagiat.pl şirkətinin Azərbaycan filialı açılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net