İraq qüvvələri 2 şəhəri yaraqlılardan təmizləyib
Tarix: 17-04-2015, 18:01 |
Çap et
İraq hərbçiləri aprelin 17-də ölkənin şimalındakı neftayırma zavodunun yerləşdiyi ərazinin nəzarətə götürüldüyünü deyirlər.
General Ayad al Lahabinin sözlərinə görə, İraqın hökumət qüvvələri, ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin dəstəyi ilə,Əl Malxa və Əl Mazrah şəhərlərinə nəzarəti bərpa ediblər.
General bu döyüşlərdə 160-a yaxın yaraqlının öldürüldüyünü deyir.
Onun sözlərinə görə İraq qüvvələri hazırda Beji zavodunu mühasirəyə almış yaraqlıların blokadasını yarmağa cəhd göstərirlər.
Zavod hpkumət qoşunlarının nəzarətindədir.
İraqın hökumət qüvvələri aprelin 2-də yaraqlıların əlində olan Tikrit şəhərini də azad ediblər.
Bir neçə gün idi ki, ağır döyüşlər gedən Ramadi şəhərində isə hazırda nisbi sakitlikdir.
İslam Dövləti yaraqlıları aprelin 15-də Ramadi istiqamətində əks-hücuma keçiblər.
Hazırda İraq və Suriyanın bir sıra əraziləri yaraqlıların nəzarətindədir.