Hakim partiya: Türkiyənin Cənubi Qafqaz ölkələri ilə bağlı siyasəti dəyişmir
Tarix: 11-03-2015, 10:38 | Çap et
Hakim partiya: Türkiyənin Cənubi Qafqaz ölkələri ilə bağlı siyasəti dəyişmir
Türkiyədə parlament seçkilərindən sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Cənubi Qafqaz ölkələri ilə bağlı siyasəti dəyişməz qalacaq. Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə hakim partiyanın seçkiqabağı bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, Cənubi Qafqaz regionu Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir.

Sənəddə o da bildirilir ki, AKP İslamofobiya ilə aktiv mübarizə aparmaq niyyətindədir.

Bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində 31 siyasi partiyanın nümayəndələri iştirak edəcəklər.

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net