Lakin müsəlman qadın və onun həyat yoldaşı bu təhqirlərə əhəmiyyət verməyib. Avstraliyalı qadının müsəlman ailəyə hücum etdiyini görən, Stacey Eden adlı bir gənc xanım münaqişəyə müdaxilə edib.
Stacey Eden hicab və saqqala görə, müsəlmanların terrorçu adlandırmasının yanlış olduğunu bildirərək, adı bəlli olmayan avstraliyalı qadına sərt şəkildə cavab verib.
"O özü üçün hicab bağlayır. Çünki vücudunun görünməsini istəmir . Sənin kimi insanların oturduğu yerdən hörmətsizlik etmir. Nə etdiklərinin sənə dəxli yoxdur, bir az hörmət göstər, hörmət."
Lakin qadın bu sözlərdən sonra da susmayaraq cütlüyün başörtüsü bağladığı və saqqal saxladığı üçün, IŞİD-i dəstəklədiyini irəli sürüb.
Qadının ittihamlarından əsəbləşən Stacey ona sərt şəkildə etirazını bildirib.
"Bu zərərsiz qadından nə istəyirsən ? Əgər deyəcək yaxşı bir sözün yoxdursa bağla çənəni."
Stacey metrodakı davanın videosunu paylaşdıqdan sonra, sosial mediada qəhrəman elan edildi.