Ukraynada jurnalistləri öldürən qruplaşma hər şeyi etiraf etdi
Tarix: 17-04-2015, 16:15 | Çap et
Ukraynada jurnalistləri öldürən qruplaşma hər şeyi etiraf etdi
“Ukrayna Partizan Ordusu” təşkilatı aprelin 16-da baş verən jurnalist Oles Buzinin qətlini öz üzərinə götürüb. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Penta” siyasi araşdırmalar mərkəzinin rəhbəri Vladimir Fesenko məlumat verib.

“Anti-ukraynalı əclafların” – Çeçetov, Pekluşenko, Melnik, Kalaşnikov, Buzinin ölümümnə görə məsuliyyəti “Ukrayna Partizan Ordusu” adlı təşkilat öz üzərinə götürüb.

Bununla bağlı mənim ünvanıma elektron məktub gəlib”. Məktubda Oleq Kalaşnikovun ölümünə dair əvvəllər məlum olmayan faktlar da göstərilir. Guya “Ukrayna Partizan Ordu”sunun döyüşçüləri onu 7,65x və 9x18 kalibrli silahlardan atəş açaraq öldürüb.

Fesenkonun məlumatına görə, təşkilat Ukrayna əleyhinə olan bütün qüvvələrə qarşı mübarizə aparmaqda davam edəcəyini deyib.

Aprelin 16-da Kiyevin mərkəzində yazıçı və jurnalist Oles Buzin, aprelin 15-i gecə radələrində isə keçmiş deputat Oleq Kalaşnikov güllələnib.

Ukraynada jurnalistləri öldürən qruplaşma hər şeyi etiraf etdi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net