Müsavatın Füzuli təşkilatının sədri vəfat etdi
Tarix: 17-04-2015, 15:24 | Çap et
Müsavatın Füzuli təşkilatının sədri vəfat etdi
Müsavat Partiyasının Füzuli rayon təşkilatının sədri Hacıbaba Həmzəyev bu gün səhər uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə Musavat.com-a mərhumun dostları xəbər veriblər.

Onların dediyinə görə, uzun müddətdən bəri partiyanın sıravi üzvü olan, son illərdə Füzuli təşkilatının sədri seçilən Hacıbaba Həmzəyev sağalmaz xəstəlikdən əziyyət çəkir və intensiv müalicə alırmış.

Dostları H.HƏmzəyevi vətənpərvər, mübariz və əqidəli şəxs olduğunu deyirlər.

Mərhum bu gün Füzuli rayonunda dəfn edilib.
Allah rəhmət eləsin!





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net