Rus polkovnik: “523 min türkü qətlə yetirdi”
Tarix: 17-04-2015, 14:44 |
Çap et
1910-1922-ci illərdə erməni cinayətkar şəbəkələrinin törətdiyi qətliamlar ortada ikən, Qərb “erməni soyqırımı” yalanından danışır.
Publika.az Türkiyənin “haber7” saytına istinadən xəbər verir ki, erməni cinayətkar şəbəkələri həmin illərdə Şərqi Anadoluda 523 min müsəlman türkü qətlə yetirib.
“Qondarma erməni soyqırımı iddiaları barədə təbliğatın bir yalandan ibarət olduğu gerçəklikdir. Amma erməni cinayətkar şəbəkələrinin törətdiyi soyqırım sənədlərlə ortaya qoyulub. Dünyada öz torpaqlarında soyqırıma məruz qalan ikinci bir millət yoxdur. Erməni şəbəkələri Şərqi Anadoluda 523 min müsəlman Türkü qətlə yetirib. Yəni, əsl soyqırıma məruz qalanların müsəlman türkləri olduğu danılmazdır. Xüsusilə, Birinci Dünya Müharibəsində rusların bolşevik inqilabı ilə geri çəkilməsi nəticəsində erməni şəbəkələri Ərzincan, Ərzurum, Van, İqdır, Ardahan və Qarsda müsəlman əhaliyə qarşı genişmiqyaslı qətliamlar törətdilər”, - yazıda qeyd olunub.
Məlumata görə, Ərzurumda 50, Vanda 45, Qarsda 17, İqdırda 15, Ərzincanda 13, Diyarbəkrdə 12, Muşda 10 min türk öldürülüb.
Rusiyanın Ərzurumdakı 2-ci topçu alayının komandiri polkovnik Tverdo Xlebovun “erməni şəbəkələrinin bölgədə müsəlman əhaliyə qarşı qırğınları”ndan bəhs edən teleqrafı ermənilərin vəhşiliyini sübut edən sənəd sayıla bilər. “27 fevral gecəsi ermənilər yanıma gələrək Qarsqapı bölgəsində 3 min müsəlman türkü öldürməsindən fəxrlə danışdılar. Günahsız və köməksiz insanların öldürülməsinin bir vəhşilik olduğunu söylədim. Onlar mənə “siz russunuz, erməni millətinin ideallarını başa dilməzsiniz” dedilər”, - rus polkovnik yazıb.
Xlebov bir başqa teleqrafında yazıb ki, “bizi Ərzurumdakı vəzifədən geri çağırın. Erməni quldurlarının günahsız türkləri öldürməsinə seyrçi qalmağımız mümkün deyil”.