Mübariz Qurbanlı yas qadağalarından danışdı
Tarix: 17-04-2015, 14:29 |
Çap et
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Beynəlxal Mətbuat Mərkəzində "Milli mənəvi və dini dəyərlər: tarixilik və müasirlik" mövzusunda dəyirmi masa keçirib.
Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. Daha sonra tədbirdə Komitə sədri Mübariz Qurbanlı söz alıb. O, milli-mənəvi dəyərlərin Azərbaycan cəmiyyəti üçün nə qədər önəmli olduğundan danışıb, bu konteksdən kənara çıxmağın düzgün olmadığını bildirib.
Bir sıra məsələlərə toxunan Komitə sədri yas mərasimləri haqqında dini qurumların vermiş olduğu qərarla bağlı da fikirlərini bölüşüb.
Tədbirdə Komitənin media əlaqələrilə bağlı geniş müzakirə olub. Tədbirin sonunda M.Qurbanlı və müavini Gündüz İsmayılov jurnalistlərin suallarını cavablandırıb.