Razim Məmmədovun dosyesi hazırlanıb: Hesablama Palatası da yoxlayır
Tarix: 17-04-2015, 13:01 |
Çap et
Xətai rayon icra başçısı barəsində dosye hazırlanıb. Razim Məmmədovun əməllərindən ibarət materiallar tərtib olunub. Onun rayonda yaşıllıqlara qənim kəsilməsi, sahibkarlara divan tutması, hər qarışı satıb obyekt tikintisinə icazə verməsi artıq əndazəni aşıb.
Tia.az-a daxil olan xəbərə görə, icra başçısından Prezident Administrasiyasına şikayətlər daxil olub. Artıq Hesablama Palatasında Xətai rayon icra hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.