Azərbaycanda ölüləri yeni qaydalarla basdırılması məsələsi tətbiqinə başlanılır. Özəl və bələdiyyə qəbirstanlıqlarının yaradılması ilə bağlı Nazirlər Kabineti verəcəyi müvafiq qərarın bu ilin ikinci yarısında işə düşməsi gözlənilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində isə artıq yeni sənəd hazırdır. Qəbirstanlıqlar bələdiyyələrin tərkibində yaradılacaq qurumlar tərəfindən idarə olunacaq.
Yeni qaydalara görə, təzə qəbirstanlıqlarda ailəvi məzarlıqlara icazə verilməyəcək. Yalnız ər və arvadın vəsiyyətnaməsinə əsasən onun yanında həyat yoldaşını basdırmaq üçün bir yer saxlanıla bilər. Digər qohumlar isə qəbirstanlığın qeydiyyat kitabındakı nömrələnmə siyahısına uyğun basdırıla bilər.
Hər bir məzarın ümumi sahəsinin 5 kvardrat metr olacağını deyib. Məzarın içi 1 metr, uzunluğu isə 2 metr, baş daşının hündürlüyü 60 sm, eni 40 sm kimi müəyyənləşdirilir. Sinə daşının yerdən olan hündürlüyü isə 30 sm kimi nəzərdə tutulub.
Lakin burada da bir çox suallar açıq qalıb. Sənəddə imkansız ailələrin dəfninin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapıb.
Azərbaycanda dünyasını dəyişən insanların dəfni ilə bağlı bütün xərclərin dövlət və bələdiyyələr tərəfindən ödənilməsi təklif edilir. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hələ ötən il qəbirin yerləri icra hakimiyyəti orqanları, yaxud bələdiyyələr tərəfindən vətəndaşlara verildiyini deyib. "Ancaq qəbirin hazırlanması, qəbir daşının sifarişi, qoyulması, ümumiyyətlə, dəfn prosesinin təşkili xərclərini vətəndaşlar ödəyirlər".
Dini baxımdan da dəbdəbəli dəfnlər, qəbirlər məqbul hesab edilmir. İlahiyyatçı İsmayıl Əhmədovun sözlərinə görə, yeni qaydaların ən əsası israfçılığın qarşısını alacağını düşünür. O qeyd edib ki, əslində qəbir yerlərinin pulla satılması məsələsi də bununla öz həllini tapacaq.”
Bu məsələ dində öz əksini tapmasa da, qəbrin pulla satılmaması məsləhətdir. Düzdür bəzən özəl qəbristanlıqlara qulluq məqsədi ilə cüzi haqq alına bilər. Bundan isə məzarlığa xidmət, təmizliyin qorunması üçün istifadə edilə bilər”.
Qanunun geriyə işləmə qüvvəsi olmadığından qəbul ediləcək yeni qaydalar indiyədək tikilən qəbirlərə aid edilməyəcək. Qaydaların tətbiqinə isə bu ilin ikinci yarısından başlanması nəzərdə tutulur.