Sankt Peterburq- Bakı reysində qalmaqal
Tarix: 17-04-2015, 12:07 | Çap et
Sankt Peterburq- Bakı reysində qalmaqal
Rusiyanaın Sankt Peterburq şəhərindəki Pulkovo hava limanında dava-dalaş salan 3 kişi polis tərəfindən saxlanılıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hüquq mühafizə orqanı əməkdaşlarına aeroport ərazisində qayda pozuntusu haqda informasiya daxil olub.

Hadisə Sankt Peterburq- Bakı reysinə qeydiyyat aparılan şöbədə baş verib. Belə ki, 3 sərxoş kişi hava imanı ərazisində ictimai asayişi pozub, söyüş söyüb, narazılıqlarını qalmaqallı şəkildə ifadə ediblər.
Polisi görən kişilər onların da ünvanına hədə-qorxular səsləndirməyə, işdən çıxarmaqla hədələməyə başalayıblar.

Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəhərin sakinləri olan 41 və 44 yaşlı iki kişi tanışları olan 37 yaşlı həmcinslərini yola salmaq üçün hava limanına gəliblər.
Hava limanı əməkdaşı ilə mübahisə və qalmaqal isə sərxoş kişilərə bileti dəyişdirmək təklif ediləndən sonra başlayıb. Belə ki, onlar kişinin vəziyyətinin uçuş üçün təhlükə yarada biləcəyini əsas gətirərək onu təyyarəyə buraxa bilməyəcəklərini deyiblər.

Asayişi pozanlar polis bölməsinə aparılıblar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net