Rusiya Latviya və AB-nin arasını belə vurur
Tarix: 17-04-2015, 11:18 |
Çap et
Rusiya xüsusi xidmət orqanları Latviyada hər sahədə təzyiqləri artırıb.
Axar.az xəbər verir ki, Latviya hökuməti bununla bağlı illik hesabat hazırlayıb.
Hesabata görə, Rusiya xüsusi xidmət orqanları Latviyada tranzit, energetika, maliyyə, kənd təsərrüfatı, fərdi müəssisələr və s. sahələrdə nəzarəti ələ almağa çalışır. Yerli sahibkarlara qarşı məhdudiyyətlər tətbiq edilir. Rusiya hökumətinin bu yolla siyasi təzyiq göstərdiyi bildirilir.
Latviya əks-kəşfiyyatçılarının fikrincə, Moskva məqsədyönlü şəkildə ərzaqla bağlı bir sıra prinsipləri tətbiq edir. Belə ki, Avropa Birliyi bu standartlara qarşıdır. Bununla Rusiya Latviya və AB-ni üz-üzə qoymağa çalışır.