`Google` əl yazısını tanıyacaq
Tarix: 17-04-2015, 10:59 |
Çap et
“Google” axtarış sistemində əl yazısı ilə axtarış aparmaq mümkün olacaq.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni yaradılan tətbiqetmə telefon və planşetlər vasitəsilə əl yazısı ilə axtarış aparmağa imkan verəcək.
İstifadəçilərin 82 dildə əl yazısıyla axtarış aparmasına imkan verən “Google əl yazısı” adlı yeni klaviatura tətbiqetməsi artıq “Google play”də istifadəyə verilib.
İstifadəçilər qələmə ehtiyac olmadan telefonun ekranına toxunmaqla istədikləri sözü yazıb axtara biləcəklər.
Bu tətbiqetmə Android 2.3 və onun daha üstün versiyaları olan telefonlar, Android 4.0 və onun daha üstün versiyaları olan planşetlər, iOS 5 və onun daha üstün versiyaları olan
iPhone və iPadlərdə istifadə oluna biləcək.