Serjin qulağı buz bağlayacaq
Tarix: 17-04-2015, 10:50 | Çap et
Serjin qulağı buz bağlayacaq
Rusiya yaxın zamanlarda Ermənistan üçnü qazın qiymətini qaldırmaq istəyir. İrəvanda dərc olunan "Joxovurd" qəzetinin öz mənbələrinə istinadən yazdığına görə, bu yaxınlarda Rusiya və Ermənistan baş nazirləri arasında telefon danışığı olub. Qəzet bildirir ki, söhbətin əsas mövzusu Ermənistana göndərilən karbohidrogenlərin qiymətinin artırılması olub.

Daha sonra qəzet yazır ki, Rusiya tərəfinin Ermənistan üçün qazı konkret nə qədər bahalaşdıracağı hələ məlum deyil. Amma burası dəqiq məlumdur ki, bu, respublika sakinlərinin büdcəsinə daha bir güclü zərbə olacaq.

Bundan başqa, Ermənistanda elektrik enerjisi tariflərinin qaldırılması da gözlənilir. Bu barədə "Azatutyun" radiostansiyasının efirində energetika və təbii sərvətlər naziri Yervand Zaxaryan bildirib.

Təbii ki, Ermənistan kimi yoxsul bir ölkə uydurma soyqırımın yüzilliyini həyata keçirmək üçün çox əlləşməlidir. Amma onun bu təbğliğat kampaniyasına heç kim pul vermir. Buna görə də hakimiyyətdəkilər növbəti dəfə Ermənistan xalqının cibinə girmək qərarına gəliblər.

Çünki hökumət sayı gündən günə artan büdcə deşiklərini yamamalıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net