Fransa prezidenti Bakıya aprelin 25-də gəlir
Tarix: 17-04-2015, 10:35 | Çap et
Fransa prezidenti Bakıya aprelin 25-də gəlir
Fransa prezidenti Fransua Olland aprelin 25-də Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a diplomatik mənbələrdən bildirilib.

Fransa prezidenti Azərbaycana Ermənistana səfərindən sonra gələcək.

Fransua Olland Bakı və İrəvanda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini də müzakirə edəcək.

Xatırladaq ki, mart ayında Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir Fransua Ollandın Cənubi Qafqaz turnesinə çıxmaq niyyətində olduğunu bildirib. Həmin turne zamanı F.Olland Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparacaq.

"Prezident diplomatik təşəbbüslərin bərpa olunmasına köməklik göstərmək məqsədilə 2014-cü il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə sammit təşkil etmişdi. Bu görüş zamanı ilk humanitar addım kimi itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin aparılmasına dair razılaşma əldə olunub", - Arlem Dezir qeyd edib. Onun sözlərinə görə,Fransa münaqişənin həlli ilə bağlı səylərini davam etdirmək niyyətindədir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net