Nazirlik kart sisteminə niyə keçə bilmir? - AÇIQLAMA
Tarix: 17-04-2015, 09:58 | Çap et
Nazirlik kart sisteminə niyə keçə bilmir? - AÇIQLAMA
“İctimai nəqliyyatda kart sisteminin tətbiq olunması ilə bağlı təkmilləşmə prosesi gedir”.

Bunu AzVision.az -a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Onun sözlərinə görə, kart sisteminə keçid prosesi hazırda bir qədər ləngiyir.

“Hazırda bununla bağlı müəyyən təkmilləşmə işləri aparılır. Gələcək həftələrdə bu barədə dəqiq məlumat veriləcək”.

Avtobus dayanacaqlarının pulsuz “Wi-Fi” sistemilə təmin olunması məsələsinə gəlincə, nazirlik rəsmisi bildirib ki, bu istiqamətdə müəyyən məsələlər həll olunmalıdır.

Onun sözlərinə görə, qarşıdakı günlərdə Avropa Oyunları ərəfəsində görülən işlərlə bağlı mətbuat konfransı keçiriləcək.

“Orada görülən işlərlə bağlı daha geniş məlumat veriləcək. Artıq maarifləndirmə həftəsi başlanıb. Hansı istiqamətdə nələrin olacağını mətbuat konfrasında tam açıqlanacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net