Zabratda kürəkən qaynana və qaynatasını bıçaqladı
Tarix: 17-04-2015, 09:48 | Çap et
Zabratda kürəkən qaynana və qaynatasını bıçaqladı
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində ərlə arvadın bıçaqlanması ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Rayon hüquq mühafizə orqanlarına paytaxt sakini Yusif Cəfərovun və onun həyat yoldaşı Ofeliya İlyasovanın ağır bıçaq xəsarətləri alması barədə xəbər 3 saylı şəhər klinik xəstəxanasından daxil olub. Müəyyən olunub ki, hər iki şəxsin vəziyyəti ağır olduğundan dərhal cərrahi əməliyyat olunublar. Yaralılara bıçaq xəsarətlərinin döş qəfəsindən yetirildiyi deyilir.

Hadisənin təfərrüatlarının araşdırılması isə rayon polisinə həvalə edilib. İlkin məlumata görə, Yusif Cəfərovla Ofeliya İlyasovanı kürəkənləri bıçaqlayıb. Bu hələlik qonşuların bildirdiyi ifadələr əsasında gəlinmiş versiyadır. Qonşuların sözlərinə görə, Oktyabr küçəsində yaşayan Cəfərovların kürəkəni günorta saatlarında onlara gəlib və ailədaxili münasibətlər zəmnində mübahisələri yaranıb. Mübahisə gecə yarısına qədər uzanıb və sonda ərlə arvadın bıçaqlanması xəbəri gəlib.

Kürəkənin sonradan hadisə yerini tərk etdiyi də deyilir.

Faktla bağlı ərazi üzrə 15-ci polis bölməsində əməliyyat-axtarış qrupu yaradılıb. Polis bölməsindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs hələ ki saxlanılmayıb. Buna görə də cinayətin hansı səbəbdən baş verdiyi məlum deyil.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net