“Vatikanın bu cür reaksiya verəcəyi bəlli idi”
Tarix: 17-04-2015, 09:00 | Çap et
“Vatikanın bu cür reaksiya verəcəyi bəlli idi”
“Əslində Papanın Türkiyəyə son səfərindən sonra, Vatikanın bu cür reaksiya verəcəyi bəlli idi”

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu qondarma erməni soyqrımı məsələsinin son zamanlar tez-tez gündəmə gəlməsi ilə bağlı danışıb.

O bildirib ki, olmayan bir soyqrımı faktorunu cəmiyyətə qəbul etdirmək mümkün olmayacaq.

“Burada söhbət sadəcə olaraq qondarma erməni soyqırımı fikrini siyasi təzyiq aləti kimi istifadə etməkdən gedir. Əlbəttə Qərb, bu olmayan hadisəni Türkiyəyə qəbul etdirmək istəyir, lakin bu zaman hər şey daha çox Türkiyənin sərgiləyəcəyi siyasi iradə və qətiyyətdən asılıdır. Türkiyənin buna qarşı gəlmək üçün kifayət qədər ciddi iradəsi və qətiyyəti var”.

Politoloq bu məsələnin son zamanlar tez-tez gündəmə gəlməsini belə açıqlayıb:

“Bunun səbəbləri çoxdur. İlk növbədə bu, qarşıdan gələn 100 illiklə əlaqədardır. Başqa bir səbəb isə Yaxın Şərqdəki son proseslərdə Türkiyənin oynadığı rol və sərgilədiyi mövqe ilə bağlıdır. Əslində, Papanın son Türkiyə səfərindən sonra, Vatikanın bu cür reaksiya verəcəyi bəlli idi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net