Abdin Fərzəliyevin gizli gəlir ünvanı...
Tarix: 16-04-2015, 17:28 |
Çap et
Teref.infonun poçtuna gələn bu yazını oxuculara təqdim edirik.
"Bakıda ən gəlirli sahələrdən biri sayılan avtoyuma və dayanacaq biznesidə inhisarda imiş. Araşdırmalara görə, belə məntəqələrinin ən çox cəmləşdiyi rayonda Nərimanovdur. Belə ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev sözün həqiqi mənasında avtoyuma «kralı» sayıla bilər. Çünki rəhbəri olduğu rayondakı əksər belə məntəqələr ya bilavasitə özünündür, ya da başqasının olsa belə aylıq haqq alınır. Araşdırmalara görə, Fərzəliyevin aylıq gəlirinin böyük hissəsi də məhz bu sahədən əldə olunur. Üstəlik, faktiki olaraq Nərimanov rayonunda 50 kvadrat metrlik boş yerlərin hamısı nəzarətə alınıb və onlar avtoyuma məntəqələri açmaq istəyənlərə satılır. Məlumatlara görə, Nərimanov rayonunda avtoyuma məntəqələrinin çoxluğu kifayət qədər narazılığa da səbəb olur. Çünki Fərzəliyevin pul qazanmaq üçün satdığı yerlərin bəziləri kiçik məhəllələrdə yerləşir. Bu isə avtomobillərin hərəkət etməsinə mane olmaqla yanaşı, həm də istifadə olunmuş suyun normal qaydada kanalizasiyaya axmasına əngəl olur. Nəticədə, məhəllə içlərindəki avtoyuma məntəqələrinin istifadə etdikləri sular evlərin zirzəmilərinə dolmağa başlayır.
Onu da bildirək ki, Nərimanov rayonunda 50 kvadratlıq avtoyuma yerlərinin qiyməti heç də ucuz deyil. Bunun üçün sahibkar ən azından 25 min manatından keçməlidir. Araşdırmalara görə, əldə olunan bütün pulların birbaşa icra başçısı Abdin Fərzəliyevə çatıb-çatmadığı da məlum deyil. Bilinən yalnız odur ki, Nərimanov rayon İcra Hakimiyyətinin xüsusi təyin olunmuş işçiləri aylıq haqları yağır və yerləri satmaqla məşğul olur və işin ən pis cəhəti odur ki, avtoyuma məntəqələri açanların aldıqları torpağın sənədi yoxdur. Torpağı satan İcra Hakimiyyətinin işçiləri isə bu torpaqlara nə zamansa sənəd veriləcəyinə dair heç bir vəd vermirlər."
Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.