Suriya azərbaycanlıları Davudoğludan kömək istədi
Tarix: 16-04-2015, 16:40 | Çap et
Suriya azərbaycanlıları Davudoğludan kömək istədi
“Suriyada İŞİD təhlükəsi ilə qarşı-qarşıya qalan türkmanların indi hər zamankındən daha çox Türkiyənin köməyinə ehtiyacı var”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Suriya Türkman Birliyinin rəhbəri Samir Hafez çıxış edib. O, Hələbdə müxalif qüvvələrin irəlilədiyini və nəticədə Bəşər Əsəd rejiminin türkmanları köçməyə məcbur etdiyini deyib.

Samir Hafez Əsədin türkmanları köçürmək üçün İŞİD-dən istifadə etdiyini bildirib:

“İŞİD terrorçuları artıq Hələbi mühasirəyə almaq mərhələsindədirlər. Əgər onlara qarşı çıxa bilməsək, torpaqlarımızdan getmək məcburiyyətində qalacağıq. Bizə dəstək vermələri üçün yaxın günlərdə Türkiyə Baş naziri Əhməd Davudoğluna müraciət edəcəyik. Tək istəyimiz türkman köçünün qarşısını almaqdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net