Azərbaycan xam neft və təbii qaz ixracını azaltdı
Tarix: 16-04-2015, 16:31 |
Çap et
2015-ci ilin 3 ayı ərzində (yanvar-mart) 3 383 686.61 min dollar dəyərində məhsul ixrac olunub. Bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 1 99 607.77 min dollar və ya 37 % azdır.
Bu barədə Dövlət Gömrük Komitəsindən ( DGK) məlumat verilib.
Komitənin məlumatına görə, 2015-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan 1 99 622.07 min dollar dəyərində neft məhsulları ixrac edib, bu da 2015-ci ilin 3 ayının ümumi ixracda payı 5.90% təşkil edir. 2014-cü ilin müvafiq dövründə isə bu göstərici 71.45 % idi.
Azərbaycan xam neft ixracını da azaldıb:
Belə ki, 2015-ci ilin 3 ayı ərzində 2 629 790.83 min dollar dəyərində xam neft ixrac olunub, bunun da ümumi ixracda payı 77.72% təşkil edir. Ötən ilin müvafiq dövrünə nisbətən azalma 1,933, 208.86 və ya 42 % azalma.
Təbii qaz ixracında da azalma müşahidə olunur. Əgər 2014-cü ilin 3 ayı ərzində 145 954.80 dollar dəyərində təbii qaz ixrac olunmuşdusa, 2015-ci ilin müvafiq dövründə bu göstərici 75 836.66 min dollar təşkil edib.
Oxu.az