Qorxulu iddia- İŞİD dini soyqırım planlaşdırır!
Tarix: 16-04-2015, 15:24 |
Çap et
Bir müddət əvvəl İraqın Rakka və Mosul vilayətlərində İŞİD düşərgələrini gəzib kitab yazan alman yazar Jürgen Todenhöfer İŞİD-in qorxunc planını izah edib. O, İŞİD-in dini soyqırım planlaşdırdığını bildirib.
Todenhöfer “Stern” jurnalına verdiyi reportajda hətta bildirib ki, kitabı yazmaq üçün getdiyi İŞİD-lə görüşdə ölümü də gözə alıb. Onun sözlərinə görə, oğlu ilə birlikdə dörd zəhərli dərman götürüb ki, İŞİD əsir götürərsə, özünü öldürsün.
O, İŞİD-in dini təmizlik hərəkətləri etməyi planlaşdırdığını bildirib və bunun narahat doğurduğunu vurğulayıb: “Onlar soyqırımı planlayırlar. İndiyə qədər insanlıq tarixində edilənləri kölgədə qoyacaq dini təmizlik hərəkəti planlaşdırırlar”.
Onun sözlərinə görə, İŞİD-in bir çox baş kəsmə hadisəsində cəllad olaraq xatırlanan “cihadçı Jon”la da rastlaşıb: “Onunla mübahisələrimiz oldu. Onlar üçün biz qanlı düşmənik”.
Todenhöfer, etdiyi gəzinti zamanı əvvəllər moizə oxuyan, vaizlik edən şəxsin orada hakimlik etdiyini də görüb: “Əvvəlki hakim dünya qanunlarını Allahın qanunlarından üstün tutduğu üçün edam edilmişdi”.
Musavat.com