Gəncə Texniki Kollecində maliyyə yoxlaması
Tarix: 16-04-2015, 13:13 |
Çap et
Bildirilir ki, kollecdə aparılan yoxlamalar zamanı yarım milyona yaxın vəsiatin yoxa çıxdığı məlum olub. Amma bu qədər vəsaitin hara sərf edildiyi qeyri-müəyyən olaraq qalır. Verilən məlumata görə, kollecin direktoru Eldar Əsgərov yoxlama aparan şəxslərlə danışıqlara getməyə çalışsa da, bunun bir nəticəsi olmayıb. Və nəticədə, başqa vasitələrə əl atmaq məcburiyyətində qalıb. Deyilənə görə, maliyyə yoxlamalarından bərk narahat olan Eldar Əsgərov barəsində yaxın zamanlarda cinayət işi açıla bilər.
Qeyd edək ki, məlumat redaksiyamıza axşam saatlarında gəldiyindən qarşı tərəfin məsələyə münasibətini öyrənə bilmədik. Amma növbəti saylarımızda digər faktlara toxunmaqla yanaşı qarşı tərəfin də münasibətini öyrənməyə çalışacağıq.