Taksilərə qarşı "hücum" başlayır
Tarix: 16-04-2015, 12:51 |
Çap et
"Aprel ayının sonu, mayın əvvəlindən qeyri-qanuni taksiçiliklə məşğul olan sürücülərə qarşı "hücum" başlayacaq."
ANS PRESS-in məlumatına görə, bu sözləri ANS TV-nin efirində yayımlanan "Günə Baxan" verilişində Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib. Nazirlik rəsmisi bəzi mərkəzi küçələrdə sıxlığın avtobus dayanacaqlarında taksilərin saxlanması ilə izah edib.
"Buradan yolu nəzərdə tutmayan yerdən keçən piyada və avtomobillərini dayanacaqlarda saxlayan taksi sürücülərinə bir daha müraciət edirik ki, buna son qoysunlar. Bu cür hallara ilk növbədə ictimai qınaqla son qoymaq olar", - deyə Namiq Həsənov bildirib.