Türkiyə Avropanı cəzalandırır
Tarix: 16-04-2015, 11:20 |
Çap et
Roma Papasının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımasına cavab olaraq, Türkiyə Ayasofiya muzeyini dindarlar üçün aça bilər.
Axar.az xəbər verir ki, bu barədə Ankara müftisi Mefail Hızlı bildirib.
“Papanın ermənilərin soyqırıma məruz qaldığına dair açıqlaması son dərəcə diqqətçəkicidir. Dünyaya daim sevgi və sülh mesajları verən və ötən ilin noyabrında ölkəmizə etdiyi səfərdə bu düşüncələrini davam etdirən Papa tarixçilərin həll etməli olduğu bir məsələdə tələsərək təəssüfedici bir bəyanat verib. Bu açıqlamalar bu torpaqlarda əsrlərdir həyata keçirilən Xaç yürüşlərinin müasir formasını əks etdirir. Bu açıqlama Ayasofiyanın yenidən ibadətə açılmasını sürətləndirəcək”, - Hızlı deyib.