“Ana ölümlərinin qarşısını almağa çalışırıqsa...”
Tarix: 16-04-2015, 10:40 | Çap et
“Ana ölümlərinin qarşısını almağa çalışırıqsa...”
“Əgər biz ana ölümlərinin qarşısını almağa çalışırıqsa, ilk növbədə inhisarçılığı aradan qaldırmalı və istər dövlət, istərsə də özəl tibb müəssisələrinin şəffaf fəaliyyət göstərməsinə nail olmalıyıq”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı-alim Nazim Məmmədov söyləyib.

Onun sözlərinə görə, mətbuatda ana ölümlərinin ancaq özəl xəstəxanalarda baş verdiyi tirajlanır:

“Belə təəssürat yaranır ki, guya əsas günakar özəl klinikalardır. Əslində bu belə deyil və məqsəd özəl xəstəxanaları gözdən salmaqdır. Heç kimə sirr deyil ki, dövlət xəstəxanaları büdcənin vəsaiti hesabına təmir olunaraq, ən müasir avadanlıqlarla təhciz olunublar. Buna baxmayaraq, həmin dövlət klinikaları faktiki olaraq pullu fəaliyyət göstərirlər. Əldə etdiyi gəlirlər də vergidən gizlədilir. Bu gün dövlət xəstəxanalarında dünyasını dəyişən xəstələrin sayı daha çoxdur, nəinki özəl xəstəxanalarda. Hətta on dəfələrlə çoxdur. Sadəcə bunu gizlədə və ictimailəşməsinin qarşısını ala bilirlər. O ki qaldı, özəl xəstəxanalarda ana ölümlərinə, bəlli həqiqətdir ki, paytaxtdakı əksər özəl tibb mərkəzləri məmur-oliqarxlara məxsusdur. Hesab edirəm ki, son vaxtlar ana ölümləri ilə bağlı başlanan kampaniya arxasız özəl tibb mərkəzlərini nüfuzdan salmağa hesablanıb. Əsas məqsəd ana ölümlərinin qarşısını almaq yox, özəl tibb sektorunu zəiflətməkdir. KİV-lərdə, əsasən də telekanallarda geniş təbliğat imkanlarına malik səhiyyə lobbiçiləri özəl tibb sektorunun inkişafında, rəqabətin güclənməsində maraqlı deyillər. Onlar özəl klinikaların lisenziyalarını məhdudlaşdırmağa, müxtəlif gəlirli sahələrin şəffaf fəaliyyətinə mane olmağa səy göstərərək, insanların məcburən xaricə üz tutmasını stimullaşdırırlar”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net