İmişlidə təhsil biabırçılığı-Sensasion ittihamlar-VİDEO
Tarix: 16-04-2015, 09:06 | Çap et
İmişlidə təhsil biabırçılığı-Sensasion ittihamlar-VİDEO
İmişlidə sensasion olay yaşanır. Avropa.info xəbər verir ki, İmişli rayon Çaxırlı kənd sakini Ceyhunə Qasımova rayonun Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov və müavini Vahid Tağıyevin onun telefonunu əlindən alaraq zor tətbiq etdiklərini deyir.

"2012-ci ildən İmişli rayon Çaxırlı kənd orta məktəbinin direktoru Atamoğlan Məmmədovdan Təhsil Nazirliyinə dəfələrlə şikayət etsəmdə bir cavab ala bilməmişəm. İmişli Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov Təhsil Nazirliyinə yalan məlumatlar verərək Atamoğlan Məmmədovu qoruyur. Sonuncu dəfə Təhsil Nazirliyində Daxili Nəzarət şobəsinin müdiri Kənan Quliyevin qəbulunda oldum və şikayətimi ətraflı izah etdim. Kənan Quliyev Çaxırlı kənd orta məktəbində keçiriləcək yoxlama zamanı mənim də iştirak etməmi və iddialarımı sübuta yetirəcək dəlillər toplamamı bildirdi. Yoxlamadan bir gün öncə, bazar günü məktəbə gələn inspektorun jurnalları daşıyıb apardığını gördükdə onu mobil telefonumla videoya çəkdim. Təhsil Nazirliyinin yoxlama aparacağı gün məni Təhsil İdarəsinin müdiri Ramiz Əmirov çağırtdıraraq yoxlamada iştirak etməmi istədi . Lakin, mən imtina etdim. Yoxlama zamanı dərsə illərlə gəlməyib, qiymətləri yazılan şagirdlərin adlarını telefonuma çəkən zaman, Ramiz Əmirov və müavini Vahid Tağıyev mənə hücum edib telefonumu zorla əlimdən alaraq mənə xəsarət yetirdilər."

Ceyhunə Qasımova iddia edir ki, Çaxırlı kənd orta məktəbinin direktoru spirtli içki qəbul edərək məktəbə gəlməsi, məktəbdə qız uşaqları ilə nalayiq rəftarlar etməsi səbəbindən 3 övladını təhsil müəssəsindən çıxarıb.

Şikayətçi valideyn deyir ki, kənd məktəbinin direktoru Atamoğlan Məmmədov 2014-cü ildə 8-ci sinif şagirdini döyərək məktəbdən qovması ilə yanaşı, 1993-cü ildə, bir qıza təcavüz edib. Təcavüzə uğrayan qızı isə öz atası başın kəsərək qətlə yetirib. Bir neçə il öncə isə direktor İmişlidə "Elçin" şadlıq sayarında bir xanıma sataşdığı üçün döyülüb.

Hər halda valideynin iddialarıdır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.








Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net