Rus şagirdlərin erotik şousuna sərt cəza gəldi (VİDEO)
Tarix: 15-04-2015, 16:33 | Çap et
Rus şagirdlərin erotik şousuna sərt cəza gəldi (VİDEO)
Rusiyada yeniyetmə qızların erotik rəqsindən sonra rəqs məktəbi cəzalandırılıb.

ANS PRESS-in məlumatına görə, “Arılar və Vinni-Pux” adlı rəqsləri ilə bütün Rusiyanı şoka salan qızlar və digər şagirdlər artıq “tverkinq” üslubunda rəqslə məşğul olmayacaqlar.

Belə ki, "Kredo" adlı rəqs məktəbində bu növ rəqsin təşkil olunması dayandırılıb. Həmin sinifin qalmaqallı kollektivi isə məktəbdən kənarlaşdırıb.

Əslində rəqs studiyası 2015-ci ilin sentyabr ayına qədər fəaliyyət göstərə bilərdi. Ancaq tərəflərin qarşılıqlı razılığına əsasən rəsmi müqavilə vaxtından əvvəl pozulacaq.

Orenburq Mədəniyyət Sarayının əməkdaşları bildirirlər ki, Orenburq meriyasından israrla kollektivi qovmağı məsləhət görüblər.

Qeyd edək ki, 15-18 yaşlı gənc qızların açı-saçıq rəqsləri internetdə paylaşıldıqdan sonra böyük reaksiyaya səbəb olub. Rusiyada bu rəqs növü kəskin tənqidlə qarşılanıb.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net