Gülənistlərin "azərbaycanlı saakaşvilisi"nin xain planı
Tarix: 15-04-2015, 16:05 | Çap et
Gülənistlərin "azərbaycanlı saakaşvilisi"nin xain planı
Bir ildən bəri ortalıqda görünməyən Gülənin azərbaycanlı imamlarından Elnur Aslanov tərəfdarlarına “oyanın” təlimatı verib. Bu barədə Yenicag.az-a daxil olan məlumatda bildirilir ki, iqtidar və müxalifətdə olan bütün gülənistlərə bu barədə xəbərdarlıq olunub.

Aldığımız məlumatda deyilir ki, diqqət çəkməmək üçün ayrı ayrılıqda üç-beş nəfərlik kofe masası ətrafında toplanan gülənistlərə “aktivləşin” əmri verilib.

Xəbərdə deyilir ki, son toplantıda bütün hücrələrin liderləri iştirak edib və Elnur Aslanov onlara xitabən çıxış edib.

“Bizim yolumuzu kəsmək istəyənlər unudurlar ki, bu gün Azərbaycan gəncliyi mənim siyasi görüşümü və tərzimi sevir. Mən bu gün o gənclərin önündə dayanmasam, onlara bu dövlətin inkişafı prossesindən çəkilin” desəm, vəziyyət tamamilə başqa şəkil alar. Mən imkan vermirəm ki, sayını unutduğumuz gənclərimiz ölkədən uzaqlaşsın, başqa qüvvələrin təsirinə düşsün. Bu gün o bəyənmədikləri liseylərin məzunları dövlətin əsas gücüdür. O liseyləri quranlara təşəkkür əvəzinə onları gözdən salmaq istəyirlər” sözləri ilə özünümüdafiə sistemi üzərində qurulan çıxışı ilə Elnur Aslanov “25 il öncə başlanan prossesi bu gün biriləri dayandırmaq istəyir. Mümkün deyil. İnanın mənə, hər şey yaxşı olacaq. Biz bu prossesdən qalib olaraq çıxacağıq. Bizə bu qədər hücum etdilər. Nə dəyişdi? Sadəcə səssizliyimizi qoruyaraq, bütün mövqelərimizi qoruduq. Xırda-para itkilərimiz olsa da, yenə də güc və gənclik bizim əlimizdədir”-deyə, monoloqunu davam etdirib.

Xaricdə və Azərbaycanda təhsil alanların onu lider olaraq, gördüklərindən həvəslə çıxış edən Elnur Aslanov parlament seçkilərində ciddi nəticə gözlədiklərini də bildirib: “2010-cu il seçkiləri bir sınaq idi. Bu dəfə daha çox namizədlə iştirak edəcəyik. Onlar yenə də Ceyhunun önünü kəsmək istəyəcəklər. Bəziləri anama qarşı anti-təbliğata başlayacaq. Biz isə bunu fürsət bilərək, iqtidar, müstəqil və müxalifət namizədləri arasından özümüzünkülərə dəstək verərək, saylarımızı artırmalıyıq”.


Özünün namizəd olub-olmayacağı ilə bağlı qərar verilmədiyini bildirən Aslanov “Bunlar mənim önümü kəsməklə bitirəcəklərini sandılar. Ancaq bu gün ayağa qalxsam, mənimlə bərabər yürüyəcək nazirlərimiz, vəzifə sahiblərimiz var. Biz bütün gücümüzü bu seçkilərdə xərcləyə bilmərik. Bizi uzun bir yol gözləyir və o yolun sonunda istədiyimizi mütləq alacağıq”-deyə fikrini açıqlayıb.

Görüşdə millət vəkili Ceyhun Osmanlı, “Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynli, dövlət komitələrindən birinin beynəlxalq əlaqələr şöbəsinin müdiri və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov iştirak edib.

Görüşün Torqovıy küçəsində yeni açılan kafedə gerçəkləşdiyi bildirilir. AJDA Pekkanın mahnılarının dinlənildiyi kafenin gülənistlərin son toplaşma yerlərindən olduğu vurğulanır. Demək olar ki, günaşırı olaraq, Elnur Aslanov Fərhad Məmmədovla birlikdə öz tərəfdarları ilə birlikdə, burada olur.

Qeyd edək ki, Saakaşvili olacağına özünü inandıran Aslanovun başlıca hədəflərindən biri də ölkədən çıxmaq istəyidir. Müxtəlif bəhanələrlə ölkədən çıxmaq istəyən Elnur Aslanovun bunun üçün bir sıra addımlar atdığı vurğulanır. Hazırda iqtidardakı havadarlarının onun yolunu açmaq üçün çalışdıqları da qeyd olunur. Bildirilir ki, Elnur Aslanovun beynəlxalq konfransda iştirak və ya başqa bir bəhanə ilə çıxarılması planlaşdırılır. Hocası Türkiyəyə Xomeyni kimi gəlmək istədiyi kimi o da Saakaşvili kimi geri qayıtmaq niyyətindədir. Necə də olsa, gəncləri öz elektoratı saymaqdadır.

Əslində, Elnur Aslanovla bağlı gələn məlumat bizim aylardan bəri yazdıqlarımızla üst-üstə düşür. Belə ki, biz hələ bir neçə ay öncə Aslanovun hərəkətə keçəcəyi ilə bağlı məlumat vermişdik. Nəzərə alsaq ki, Aslanovun dediyi kimi, onlar heç bir mövqelərini itirməyiblər, o zaman qarşıda ciddi bir mübarizə dönəmi başlayır.

Fəqət Aslanovun unutduğu bir məqam var ki, sağlam Azərbaycan gəncliyi heç də o və onun kimilərin arxasınca deyil, Ulu Öndər Heydər Əliyevin təməlini atdığı dövlətimizin yolunda, Azərbaycan Prezidenti İlham Əliyevin yanındadırlar. Bu gün Azərbaycan gəncliyi yaxşı bilir ki, onun ən yaxın dostu Azərbaycan Prezidentidir. Gənclərlə bağlı həyata keçirilən dövlət siyasəti Elnur Aslanovun beyninin məhsulu deyil, Prezident İlham Əliyevə məxsusdur. Qaranlıq fəaliyyəti ilə məşhur imamların arxasınca gedənlər olsa-olsa “Kayb edənlər Klubu” üzvləri ola bilərlər. Elnur Aslanovun və Ceyhun Osmanlının gənclərin önündə olmasına səbəb onların İxtiyar Hüseynlinin “Today`s Zaman”a yazdığı kimi bəzi sahələrdə “məharətli” olmalarından idi. Lakin, təkkə düşdü, kəl göründü…

Bəlli oldu ki, Elnur Aslanov və müridləri Ulu Öndərimizin yaratdığı imkanlardan maksimum şəkildə yararlansalar da, Gülənin əsgəri olublar. Təbii ki, Elnur Aslanov deyil, bu gün onu və müridlərini qoruyanlar Türkiyədə deyil, İsrail və ABŞ-da əyləşmirlər. Onların himayədarları vəzifəsini daşımağı özünə rəva görənlər hazırda Fərhad Məmmədovdan da yüksək vəzifələrdə əyləşənlərdir. Biriləri kürəkənlərinin, biriləri oğlanlarının, bir çoxu da “kasset” eşqinə onlara himayədarlıq edirlər.

Bu səbəbdən də gülənist namizədlər təkcə Azərbaycanın Saakaşvilisi olmağa iddia edən Elnur Aslanova arxalanaraq, mübarizəyə girməyəcəklər. Onların arxasında çox böyük iqtisadi-siyasi güclər var və bu savaş əslində 2018-ci il üçün böyük imtahan olacaq. 2018-ci ildə isə Elnur Aslanov Azərbaycana “Saakaşvili” olaraq, gəlmək istəyir ki, yanıldığı bir çox məqam var. Ən başlıcası odur ki, illərlə Azərbaycan üçün proqramlar quranların bütün oyunları kimi bu plan da baş tutmayacaq. Çünki bu dövlətin təməlləri xain planlarla sarsılmayacaq qədər güclüdür…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net