Bahar Muradova: “Müxalifət acınacaqlı durumdadır”
Tarix: 15-04-2015, 15:55 | Çap et
Bahar Muradova: “Müxalifət acınacaqlı durumdadır”
“Özlərini cəmiyyətə göstərmək, varlıqlarını yada salmaq, "biz də varıq" demək üçün başqa bir yol fikirləşə bilmirlər. Tapdıqları yol budur, amma görünən odur ki, heç bunu da bacarmırlar”. Bu sözləri Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Milli Şura və Müsavat Partiyalarının mitinq və yürüş keçirmək istəklərinə münasibət bildirərkən deyib.

B.Muradova qeyd edib ki, bu müxalifət təşkilatları tədbirləri təşkil etməyi, bu və ya digər məqsədlərə yönəlmiş şüarlarını müəyyənləşdirməyi, onu normal səsləndirməyi, qanun çərçivəsində seçiciyə, vətəndaşlara çatdırmağı da bacarmırlar:

“Ona görə də onlar acınacaqlı durumdadırlar. Bakı şəhərində mitinq, piket, kütləvi toplaşma tədbirlərinin həyata keçirilməsi üçün ayrılmış yerlər var və onların sevdiyi stadion var ki, demək olar ki, ayda bir neçə dəfə yığışırlar ora, görüşürlər, söhbətləşirlər, sonra da dağılışırlar”.

B.Muradova əlavə edib ki, bunun Azərbaycanın ictimai-siyasi mühitinə heç bir təsiri yoxdur: “Onlar bununla nə əldə edəcəklərini yalnız özləri bilir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net