Azərbaycanda İLK: Göyçay sakini həyətində qırqovul bəsləyir
Tarix: 15-04-2015, 15:37 | Çap et
Azərbaycanda İLK: Göyçay sakini həyətində qırqovul bəsləyir
Göyçay sakini şəxsi təsərrüfatında çöl quşu olan qırqovulu bəsləməklə hamının marağına səbəb olub. Rayonun Qaraman kəndində yaşayan 50 yaşlı İsmayıl Xələfovun Lent.az-a bildirdiyinə görə, ovçuluğa və çöl quşlarına böyük marağı olduğu üçün 3 il əvvəl Qəbələ meşəsindən tutub gətirdiyi qırqovulları bəsləyərək artırmaq niyyətinə düşüb. O, qapalı şəraitdə saxladığı qırqovulun yumurtalarından çıxan cücələri bəsləyərək böyüdüb və getdikcə onların sayını artırıb və 3 il ərzində 500-ə yaxın qırqovul böyüdərək satdığını deyir.

Hazırda həyətində 150 baş qırqovulun olduğunu deyən İsmayıl Xələfov aprel ayında onların yumurtlama dövrü olduğu üçün indi onlara daha çox qulluq etdiyini bildirir. Qazanc əldə etmək üçün bəslədiyi qırqovulun birini 30-50 manata satdığını bildirən İsmayıl Xələfov onları bəsləməyi və sayını artırmağın yolunu hər bir müştərisinə öyrətdiyini deyir. Son vaxtlar meşələrdə ovçuların nadir hallarda rast gəldiyi qırqovulları qapalı şəraitdə çoxaltmağı qarşısına məqsəd qoyan İsmayıl gələcəkdə onların sayını 1000 başa çatdırmağı planlaşdırır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşların əti çox dadlı olur. Həvəskarlar bəzən onu bəzək quşu kimi alaraq qəfəsdə saxlayırlar. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi arpa, buğda və otla qidalanırlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net