Suriya polisi Bəşşar Əsədin əmisi oğlunu həbs edib
Tarix: 15-04-2015, 15:05 |
Çap et
FaktXeber.com-un “Shaamtimes.net” portalına istinadən verdiyi məlumata görə, Suriya hüquq mühafizə orqanları bu ölkənin Laziqiyyə şəhərinin Həyyuz-Ziraə məntəqəsinə gələrək, Bəşşar Əsədin əmisi oğlu Munzir Cəmil Əsədi həbs ediblər. Onun evində axtarış aparan polis, Munzir Cəmil Əsədin qanunsuz əməllərinə görə həbs olunduğunu bildiriblər.
Amma bəziləri onun həbsi üçün gələn qüvvənin həddən artıq çox olduğuna işarə edərək, Munzir Cəmilin daha mühüm məsələ üçün həbs olunduğu qənaətindədirlər.
Xatırladaq ki, hələ 2006-ci ildə Livan polisi Munzir Cəmili insan öldürməyə cəhd ittihamı ilə saxlayaraq rəsmi Dəməşqə təhvil vermişdi.