Milli Məclis 3 nəfəri komissiya üzvlüyündən çıxardı
Tarix: 15-04-2015, 12:04 | Çap et
Milli Məclis 3 nəfəri komissiya üzvlüyündən çıxardı
Milli Məclisin sədri Oqtay Əsədov Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.

Azərtac xəbər verir ki, dəyişikliklərə əsasən, Budaq Əbdüləli oğlu Budaqov və Həsən İbrahim oğlu Mirzəyev vəfatları ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibindən çıxarılıblar.

Əhəd Mikayıl oğlu Abıyev, Əli Musa oğlu Qasımov və Fəridə Cəfər qızı Məmmədova isə Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvlüyündən azad ediliblər.

Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavini Fəttah Səməd oğlu Heydərov və AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Mahmud oğlu Məmmədov Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvləri təyin olunublar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net