Bakıda yol çökdü (VİDEO)
Tarix: 14-04-2015, 16:37 | Çap et
Bakıda yol çökdü (VİDEO)
Paytaxtın Nizami rayonunda yolun çökməsi maşınların hərəkətinə mane oldu.

ANS TV-nin məlumatına görə, əvvəl Nizami rayon Yavər Əliyev küçəsinin bir hissəsi çöküb. 3 gün bundan əvvəl isə yolun digər hissəsi çöküb. Heç bir tədbir görülmədiyindən maşınların hərəkətində müəyyən mane yaranıb. Sakinlər deyir ki, axşam düşəndə isə yol daha da təhlükəli olur. Qaranlıq olduğundan maşınlar quyuya düşür. Yaxınlıqda yerləşən obyekt sahibləri isə maşınların çökəyə düşməməsi üçün həmin yerə iri daşlar qoyublar. Gecə vaxtı isə bunu görə bilməyib bura duşən maşınlar da az olmayıb.

Şikayətçi Elçin Abdullayev deyir ki, hara müraciət etsələr də amma hələ də bir xeyri olmayıb.

Digər şikayətçi Rüfət Babayev isə bildirib ki, 3 aydır ki, yol bu vəziyyətdir. Burada çoxlu qəza olmasına baxamayaraq yolla maraqlanan yoxdur.

“Azəryolservis” ASC-dən isə bildirdilər ki, məsələ araşdrılacaq və müəyyən tədbir görüləcək.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net