Elnarə xeyriyyə məqsədilə 50 min manat axtarır
Tarix: 14-04-2015, 16:15 |
Çap et
Müğənni Elnarə Xəlilova xeyriyyə aksiyası keçirəcək.
Axşam.az-ın məlumatına görə, ifaçı böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün sənətçi dostlarını başına toplayacaq.
E. Xəlilova bildirib ki, Nicatın əməliyyatı üçün 50 min manat vəsait lazımdır. Bu məqsədlə aprelin 18-i və 19-da saat 18:00-dan başlayaraq “Metro Park AVM”də xeyriyyə tədbiri və konsert olacaq.
Tədbirdə bir çox tanınmış müğənni, aparıcı və başqa sənət nümayəndələri iştirak edəcəklər.
Xeyriyyə tədbirindən yığılan vəsait Nicatın əməliyyatı üçün sərf ediləcək. Müğənni hər kəsi ailənin yeganə övladı olan 22 yaşlı Nicata kömək etməyə səsləyir.