“Ermənilərin torpağımızda qurduqları dövlət iflasa uğrayır”
Tarix: 14-04-2015, 16:12 |
Çap et
“Ermənilərin qondarma soyqırıma hazırlaşmaları heç bir nəticə verməyəcək”.
Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, yüz illər ermənilər çalışsa da, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətdə rəy yarada bilməyiblər:
“Çünki belə bir soyqırım olmayıb. Onların bu il də keçirmək niyyətində olduqları tədbirə dünyanın bir neçə ölkə başçısından başqa heç kimin gəlməsi gözlənilmir. Hesab edirəm ki, Azərbaycanda bununla bağlı hər hansı bir anti-təbliğat aparmağa ehtiyac yoxdur. Çünki ermənilərin apardıqları təbliğat elə onların əleyhinə işləyir. Bunun özü bir daha göstərir ki, uydurma, yalanan əsaslanan heç bir məsələ tarixə düşə bilməz. Əlbəttə ki, bu məsələ ilə bağlı mütərəqqi qüvvələr olan Türkiyə və Azərbaycanın uzun müddət beynəlxalq ictimaiyyətdə apardıqları siyasət öz bəhrəsini verdi. Bu gün hətta ermənilər özləri belə apardıqları təqdimatın uğursuzluğunu etiraf edirlər. Başqa xalqın torpaqlarında qurduları dövlət iflasa uğrayır. Bununla da tarix bir daha sübut edir ki, heç nə yalana və ədalətsizliyə əsaslanmır”.