İki klinikanın “kitabı bağlanır”
Tarix: 14-04-2015, 15:36 | Çap et
İki klinikanın “kitabı bağlanır”
Bakıda iki klinikanın fəaliyyətinə xitam verilə bilər.

Tia.az-a daxil olan məlumata görə, “Astoriya” və “StarMed” klinikalarına yenidən lisenziya veriləcəyi nəzərdə tutulmur. Hər iki özəl tibb ocağında baş verən ölüm faktları Səhiyyə Nazirliyi tərəfindən klinikaların işinə yenidən baxmağı şərtləndirib.
“İstər “Astoriya” Tibb Mərkəzində uşaq dünyaya gətirən İlahə Musazadənin, istərsə də “StarMed” klinikasında burun əməliyyatı edən Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Leyla Mürsəlovanın ölümü sırf anestezioloji ölümdür”.
Bunu Səhiyyə Nazirliyinin (SN) baş anestezioloq-reanimatoloqu, Sertifikasıya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov deyib. İ.Musazadə və L.Mürsəlovanın ölümünün səbəblərinin araşdırılması üçün xəstəlik tarixləri və sənədlərinin hələlik SN-nin müvafıq komissiyasına təqdim edilmədiyini deyən baş anestezioloq bildirib ki, hər iki əməliyyatla bağlı məsələdə xəstələrin narkozdan ölməsi birmənalı səhvdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net