ABŞ Ermənistanla Azərbaycanın barışmasına yönəlik maliyyəni azaldır
Tarix: 14-04-2015, 15:26 |
Çap et
ABŞ-ın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr ofisinin həyata keçirdiyi bəzi proqramlar azaldılır.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills bildirib.
Diplomat deyib ki, səfirliyinin ictimaiyyətlə əlaqələr ofisinin mədəni, həmçinin Ermənistanla Türkiyə və Ermənistanla Azərbaycan arasında barışıq prosesi üzrə həyata keçirilən proqramlarının sayında azalma olacaq.