Ramiz Zeynalovun işçiləri "iş başında"-VİDEO
Tarix: 14-04-2015, 15:25 | Çap et
Ramiz Zeynalovun işçiləri "iş başında"-VİDEO
İmişli rayon Bəhramtəpə qəsəbə sakinləri Faiq Hüseynli və Bəhruz Hüseynov şikayətlərinin işıqlandırılması məqsədilə BTV-yə üz tutub

Adı çəkilən hər iki şikayətçi ağır tonnajlı yük maşını idarə edir və İmişlidən Bakıya , Sumqayıta qum daşıyırlar. Bu dəfə isə onlar Bakıya gələndə Qaradağ rayon Qızıldaş qəsəbəsinin DYP- əməkdaşları tərəfindən saxlanaraq maşınları əllərindən alınıb. Səbəb isə sürücülərin polis əməkdaşlarına tələb edilən pulu verməməsi olub. Belə ki , sürücülər bildirir ki , onlar hər dəfə Bakıya yük gətirəndə Qaradağ rayon Qızıldaş qəsəbəsinin DYP- əməkdaşları onlardan 10 manat məbləğində pul alırlar . Bu dəfə isə sürücülərdən daha çox pul istənilib və onlar buna etiraz edib .
Əməkdaşlarımız adı çəkilən ərazidə olub. Yol polis əməkdaşlarının sürücülərdən pul alması kameralarımızn obyektivindən belə yayınmayıb. Məsələ ilə bağlı biz də Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. O , sözügedən məsələdən xəbərdar olduğunu və adıçəkilən sürücülərin sənədlərinin olmadığını bildirdi. Hər bir halda heç nə əsas vermir ki , polis əməkdaşı sürücüdən rüşvət alsın.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net