Millət vəkili: "Faizlər kəllə-çarxa çıxıb"
Tarix: 14-04-2015, 15:09 | Çap et
Millət vəkili: "Faizlər kəllə-çarxa çıxıb"
"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi həddindən artıq mürəkkəbdir”.

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı Əli Məsimli “Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, investorlar bu qanun layihəsini başa düşmək üçün yanlarında tərcüməçi saxlamalıdır.

“Qanunda qeyd olunanları ona başa salsınlar. Hesab edirəm ki, yeni qanun layihəsinin dili sadələşdirilməlidir: “Qiymətli kağızlar bazarının liberallaşdırmaq lazımdır. Oradakı oyunçuları qorxutmamaq, onların maraqlarını və hüquqlarını təmin etmək lazımdır. Ancaq qanun layihəsində bir sıra boşluqlar var. Qanunun 30-cu maddəsində Mərkəzi Banka investisiya şirkəti statusu verilir. Bu düzgün deyil”.

Əli Məsimlinin sözlərinə görə banklarda faizlər kəllə-çarxa çıxdığı bir vaxtda Mərkəzi Banka belə bir statusun verilməsi düzgün deyil:

“Devalvasiydan sonra fazilərin daha da artacağı deyilir. Status verilərsə əhalinin əmlakları bankların ətrafında cəmləşəcək. Bu isə sosial partlayışa səbəb olacaq. Bunun qarşısında dayanmaq mümkün deyil. Bu cür maddələrdən uzaq durmaq lazımdır”.

Deputat onu da əlavə edib ki, Azərbaycanın 10 milyonluq əhalisini 3-4 dəfə artıqlaması ilə dolandırmaq mümkündür: “Bunun üçün dövlətin kifayət qədər iqtisadi potensialı var. Bu cür qanun layihələri qəbul edilərkən diqqətli olmaq lazımdır. Xahiş edirəm ki, səsləndirdiyim təkliflər qanunun ikinci oxunuşuna qədər nəzərə alınsın”.

Sonda qanun layihəsi I oxunuşda səs qoyularaq qəbul edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net