Bakıda yol polisinə qarşı şok iddia
Tarix: 14-04-2015, 13:24 |
Çap et
Bakıda yol polisinin qanunsuz hərəkətləri ilə bağlı daha bir ağır iddia səslənib. Şəhər sakinlərindən biri amansızlıqla döyüldüyünü, döyənlərin isə yol polisi olduqlarını deyib. Dünən gecə saatlarında 26 yaşlı Orxan Qulam oğlu Bağırov tanınmaz halda xəstəxanaya çatdırılıb.
Sifəti və döş qəfəsindən küt travmalar alan Orxan bu hala salınması barədə maraqlı açıqlama verib: "Məni Suraxanı rayonunda Dövlət Yol Polisi şöbəsinin əməkdaşları döyüblər”.
Döyülmə faktını Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi araşdırır. İşi araşdıran təhqiqatçı Əli İsgəndərov milli.az-a bildirib ki, hazırda həmin iş istintaqa verilib.
Təhqiqatçı O.Bağırovun yol polisi tərəfindən döyülməsini təkzib edib: “Mən bilmirəm, həmin adam niyə elə deyib, amma onu yol polisi döyməyib”.