Hilari Klinton “soyqırım”a görə İrəvana gedir?
Tarix: 14-04-2015, 12:59 | Çap et
Hilari Klinton “soyqırım”a görə İrəvana gedir?
Hilari Klinton “erməni soyqırm”ının 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə qatıla bilər.

AzVision.az-ın “Mediamaks” agentliyinə istinadən xəbər verir ki, sabiq dövlət katibi 23-24 aprel tarixlərində İrəvana səfər etmək imkanını nəzərdən keçirir.

Bu barədə erməni agentliyinə 90 konqresmenin üzv olduğu ABŞ Konqresində erməni məsələləri üzrə Qrupdan (Armenian Caucus) olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, Klinton İrəvana səfəri ilə bağlı yekun qərar verməyib: “Hələ ki, bu məsələ yalnız müzakirə edilir”.

Aprelin 13-ü ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkisində namizəd olacağını açıqlamışdı.

Xatırladaq ki, Hilari Klinton dövlət katibi olduğu vaxt erməni-türk protokollarının hazırlanması və imzalanmasında aktiv iş aparıb.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net