Xoşqədəm ATV sirrini açdı: “Agentlikdən xəbər tutdum ki…”
Tarix: 14-04-2015, 12:53 | Çap et
Xoşqədəm ATV sirrini açdı: “Agentlikdən xəbər tutdum ki…”
ATV kanalından ayrılan tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı bu dəqiqələrdə “Üç nöqtə" qəzetinin redaksiyasında mətbuat konfransı keçirir.

Publika.az-ın məlumatına görə, teleaparıcı tədbirdə ATV-dən ayrılması ilə bağlı səbəblərə aydınlıq gətirib:

“Doğma kanalım barədə danışmaq mənə çox çətindir. Orda mənə bötanlar atılıb. Beş il əvvəl tanınan sima olmadığım üçün hansı kanala getdimsə, məni qəbul etmədi. O vaxt mənə qapını yalnız doğma kanalım açdı. İndi isə istəmədiyim hadisə baş verdi. Çoxları məni özümü reklam etməkdə qınadı, haqları da var. Üç gün susdum. Bunun da səbəbi vardı. Çünki bu müqəddəs bir layihə idi. Verilişi lağ obyektinə çevirdilər, amma biz özümüzü təsdiq etdik. Beş ildir bütün əməyimi “Səni axtarıram” layihəsinə sərf etdim. Üç gün susmağımın səbəbi bu şəhadətnamə idi. Bu şəşadətnamə sübutdür ki, Səni axtarıram mənim layihəmdir. Bu layihə başlayanda məni qınadılar ki, sən Rusiyanın “Jdi menya” verilişini təkrarlayırsan. Bu formatı mən yaratdım. Kanal rəhbərliyi ilə Müəllif Hüquqları Agentliyinə getdim. Bu şəhadətnaməni almağıma səbəb isə digər yerli kanalda eyni formatlı verilişin yayımlanması oldu. Agentlikdə xəbər tutdum ki, dörd il əvvəl ATV kanalının rəhbərliyi məndən xəbərsiz bu verilişin şəhadətnaməsini öz adına almaq istəyir. Bu fakt qüruruma toxundu. Hələ avqustda ATV-dən getmək istəyirdim. Üç ildir ANS-dən təkliflər alırdım. Amma ATV doğma kanalım olduğu üçün ordan ayrıla bilmirdim”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net