Pentaqon: İŞİD İraqda geri oturdulur
Tarix: 14-04-2015, 11:23 | Çap et
Pentaqon: İŞİD İraqda geri oturdulur
Pentaqon bildirir ki, İslam Dövləti (İD) ekstremist qrupu İraqda 17 min kvadrat km ərazi üzərində nəzarəti itirib. Artıq bir neçə aydır ABŞ-ın rəhbərlik etdiyi koalisiya İD-ə hava hücumları endirir, İraq qüvvələri isə quru əməliyyatları həyata keçirir.

Pentaqonun sözçüsü aprelin 13-də deyib ki, İD yaraqlıları tutduğu ərazinin ön cəbhəsində cənuba və qərbə doğru geri oturdulur.

Ancaq İD hələ də İraq və Suriyada böyük ərazilərə nəzarəti saxlayır. Suriyada Kobani ətrafını itirsə də, Homs və Dəməşq ətrafında irəliləyib.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net