Mağazaya getmək üçün 850 minlik "Porsche" aldı
Tarix: 14-04-2015, 10:21 | Çap et
Mağazaya getmək üçün 850 minlik "Porsche" aldı
2012-ci ildə istehsal edilən "Porsche 918 Spyder" hibrit supercarı dünyanın ən sürətli və bahalı maşınlarından biri hesab edilir. ANS PRESS-in məlumatına görə, bu maşından cəmi 918 ədəd istehsal edilib. Əsasən sifarişlə hazırlanıb və zəngin insanlar, iş adamları, məşhurların seçimi olur. Amma bəzən alıcılar arasında standartdan kənar müştərilər də olur.

Belə alıcılardan biri də Floridadan olan 70 yaşlı təqaüdçü olub. Təqaüdçü qadın gündəlik tələbatı üçün özünə "Porsche" alıb.

Bütün ştatda tdığı addım sayəsində məşhurlaşan qadın maşında sərnişin kimi gəzib. Belə ki, o "918 Spyder"ni idarə etmək üçün sürücü də tutub və hibrit modelindən mağazaya getmək üçün istifadə edir.

Xatırladaq ki, "Porsche 918 Spyder" tarixin ən sürətli hibrit idman üslublu avtomobillərindəndir. Onun mühərriki 870 at gücündədir. Bu model indi də ən bahalı maşınlardan biri hesab edilir - 845 000 dollar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net