İlham Mirzəyev müəmması; restoran kimindir?
Tarix: 14-04-2015, 09:05 | Çap et
İlham Mirzəyev müəmması; restoran kimindir?
Dələduzluğa görə həbs edilən teleaparıcı İlham Mirzəyevin restoranı artıq ona aid deyil.

Axar.az-a ekstrasensə yaxın şəxsdən verilən xəbərə görə, “Tale yolları” şadlıq evi teleaparıcının əlindən çıxıb. Hələ həbs edildiyi ilk günlərdə dövlət nəşri olan “Xalq qəzeti” bu restoranın İ.Mirzəyevə məxsus olduğunu yazıb. Eyni adlı verilişlə efirə çıxan teleaparıcı “Tale yolları”n artıq itirib.

Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Tale yolları” şadlıq sarayı hazırda fəaliyyətini davam etdirir. Restoranın rəhbəri Məmmədağa Axundov isə virtualaz.org-a bildirmişdi ki, İ.Mirzəyevi şəxsən tanımır. Onun sözlərinə görə, 2006-cı ildə bu obyekti tikdirib:

“Heç İlham Mirəyevin adının mənim adımla birgə hallandırılmasını qəbul edə bilmirəm. Mən o adamı tanımıram. Hərdənbir televizorda reklamlarda təsadüfən ağlayan yerdə görürəm. O kim, mən kim?! Xırdalan şəhərində hamı bilir ki, bura mənimdir”.

M.Axundov obyektin İ.Mirzəyevə məxsus olması və işlətmək üçün ona verilməsi iddialarına belə cavab vermişdi: “İlham Mirzəyev kimdir ki, mən onun obyektini işlədim? Məni tanıyanlar yaxşı tanıyır. Bunu özümə sığışdıra bilmərəm. Mən bizneslə məşğul olanda onun harada olduğu bilinmirdi”.

Fakt isə odur ki, “Tale yolları”nın İ.Mirzəyevə məxsus olması xəbəri kifayət qədər ciddi mənbələr tərəfindən irəli sürülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net