Gürcü sərhədçiləri kobud erməni sürücüyə "dərs verdi"
Tarix: 13-04-2015, 18:31 | Çap et
Gürcü sərhədçiləri kobud erməni sürücüyə "dərs verdi"
Ermənistandan Rusiyaya gedən “Forsaj Tur” firmasına məxsus avtobusun sürücüsü Gürcüstanda Baqrataşen-Sadaxlı gömrük məntəqəsində saxlanılıb.

Oxu.az erməni KİV-nə istinadla xəbər verir ki, avtobusun sürücüsü, Rusiya vətəndaşı Karen Abramyan Gürcüstanın gömrük əməkdaşları ilə mübahisəyə görə saxlanılıb. O, Marneulidə polis bölməsinə aparılıb. Avtobusun 50 sərnişini isə gömrük keçid məntəqəsində qalıb.

“Forsaj Tur” firmasının rəhbəri Karen Tadevosyan əmin edib ki, 2 saat ərzində şirkətin digər sürücüsü gəlib sərnişinləri Rusiyaya çatdıracaq.

Karen Tadevosyan bildirib ki, gürcü sərhədçilər avtobusu bir neçə saat sərhəddə saxlayıblar.

“Sürücü sərhədçilərə yaxınlaşıb və tələsməyi xahiş edib. Gürcülər isə cavab veriblər ki, lazım olsa daha 10 saat gözləyərlər. Mübahisə başlayıb və sürücünü otağa aparıb döyüblər”, - o deyib.

Avtobus sürücüsü hazırda Marneulidə polis bölməsindədir. Firma rəhbərinin sözlərinə görə, onu cərimələyib sərbəst buraxacaqlar.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net