Rusiyanın və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağ münaqişəsinə müdaxilə etməyə hüququ yoxdur.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini, general leytenant Vaqarşak Arutyunyan bildirib.
“Bütün erməni-rus sənədlərində yazılıb ki, tərəflər təcavüz zamanı bir-birlərini dəstəkləməlidirlər. Təcavüzün nə olduğunu insanlar ensiklopediyadan öyrənə bilərlər. Orada dəqiq yazılıb ki, təcavüz ərazi işğalı deməkdir”, - deyə Arutyunyan bildirib.
Erməni general işğal edilmiş Azərbaycan rayonlarını geri qaytarmaq barədə də danışıb. “Bizim üç prezident maksimum güzəştə - Qarabağın statusu əvəzinə ətraf rayonları geri qaytarmağa hazır idi, amma Azərbaycan heç cür buna razı deyil”, - deyə Arutyunyan vurğulayıb.