Trofimçuk: “Papa erməniləri Qərbin tələsinə saldı”
Tarix: 13-04-2015, 16:35 | Çap et
Trofimçuk: “Papa erməniləri Qərbin tələsinə saldı”
“Qərb “erməni soyqırımı”nı tanımaqla Türkiyəyə qarşı da mövqeyini ortaya qoymuş oldu”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qriqori Trofimçuk söyləyib.

Onun sözlərinə görə, Qərbdən yaxın müddətdə İrəvana həll edilməsi mümkün olmayan tələblər yönəldiləcək:

“Qərb hesab edirdi ki, dünyanın əsas güc mərkəzlərindən biri olan katolik kilsəsinin rəhbərliyi səviyyəsində “soyqırım”ın tanınmasını təşkil etməklə Ermənistanı Avropa və ABŞ-la yaxınlaşdıracaq. Bir şeyi bilmək lazımdır ki, Qərb heç nəyi, hətta onun maliyyə maraqlarına fayda verməyəcəyi təqdirdə belə havayı yerdən etmir. Belə olan halda Ermənistan Qərb tərəfindən ona edilən təzyiqlərin artmasına hazır olmalıdır. Papa Fransisk tərəfindən yönəldilən siqnal da buna işarə idi. Yaxın vaxtlarda İrəvandan rəsmi etirafa qarşılıq olaraq cavab addımlarının atılması ilə bağlı tələblərin peyda olmasını istisna etmək olmaz. Belə olan halda erməni rəhbərliyinin bundan imtina etməsi çox çətin olacaq. Ona görə də “soyqırım”ın tanınmasını öz nəticəsinin olacağı siyasi aksiya kimi qiymətləndirmək lazımdır. Bununla paralel olaraq, Qərb Türkiyəyə qarşı da mövqeyini ortaya qoymuş oldu. Onların fikrincə, Türkiyə özünü ABŞ-ın onun üçün yazdığı kursa əməl etməyərək, düzgün aparmır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net